Bu gün Ankarada gərgin ABŞ-Türkiyə müzakirləri olacaq

  • By admin
  • 01 Avqust 2016 12:36

ab

ABŞ ordusunun Baş qərargah rəisi Cozep Dunford bu gün Ankarada Baş nazir Binəli Yıldırımla görüşəcək.

Gununsesi.info DHA-ya istinadən xəbər verir ki, Türkiyədəki hakimiyyət çevrilişinə cəhddən sonra bəzi amerikalı generalların açıqlamaları iki ölkə arasında gərginliyə səbəb olub. Bu gərginliklə əlaqədar olaraq ABŞ ordusunun Baş qərargah rəisi Cozep Dunford hazırda Türkiyədə səfərdədir. İraqa səfərini başa vuran ABŞ ordusunun Baş qərargah rəisi Cozep Dunford iyulun 31-də gecə saatlarında İncirlikdəki hərbi bazaya gəlib və gecəni orada keçirib.Bu gün İncirlikdə amerikalı hərbçilərlə görüşdən sonra C. Dunford Ankarada bir sıra görüşlər keçirəcək.

Baş nazir Binəli Yıldırımla görüş saat 17.00-da Cankaya köşkündə reallaşacaq. Görüşlərdən sonra C. Dunforda yenidən incirliyə dönəcək və oradan ölkəni tərk edəcək.

Gununsesi.info