Bu gün yol qəzasında bir nəfərin ölümünə və digər şəxsin xəsarət almasına görə təqsirləndirilən “Arzum 999” ləqəbli tiktoker İlduzə Hacıyevanın məhkəmə prosesinin yekun iclası keçiriləcək.
Gununsesi.info xəbər verir ki, məhkəmə bu gün onun barəsində yekun qərarını açıqlayacaq.
Ötən məhkəmədə dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəməyə İlduzə Hacıyevanın 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını təklif edib.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb.
Xatırladaq ki, istintaq zamanı bloger Arzum barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
“Arzum” ləqəbli tiktokerə qarşıCinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.
Şəbnəm Rəhimova










