Bu gün ATƏT Qarabağla bağlı TƏCİLİ İCLAS keçirəcək

  • By admin
  • 29 Sentyabr 2020 17:26

Bu gün ATƏT-in Qarabağda yaranmış hərbi situasiya ilə bağlı təcili iclası keçiriləcək.

Gununsesi.info xəbər verir ki, iclasda ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik hesabatla çıxış edəcək.

İclasın Bakı vaxtı ilə saat 19:00-da başlaması gözlənilir.

Xatırladaq ki, iclasa ATƏT sədri, Albaniyanın xarici işlər naziri Edi Rama başçılıq edir.

Gununsesi.info