
Bu gün futbol üzrə Avropa çempionatının ilk yarımfinalçısı müəyyənləşəcək.
Gununsesi.info-nun məlumatına görə, günün tək oyununda Polşa və Portuqaliya komandaları üz-üzə gələcək.
Xatırladaq ki, 1/8 finalda Polşa İsveçrəni məğlub edib. 1:1 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında polşalılar daha dəqiq oynayaraq 1/4 finala yüksəliblər – 4:5. Portuqaliya isə əvvəlki mərhələdə Xorvatiyanı minimal hesablı qələbə ilə turnirdən kənarlaşdırıb.
Cütün qalibi finala çıxmaq üçün Uels və Belçika komandalarının güclüsü ilə qarşılaşacaq.
Avropa çempionatı, 1/4 final
23:00. Polşa – Portuqaliya
Baş hakim: Feriks Brıx
Yan xətt hakimləri: Mark Borş, Ştefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)
Dördüncü hakim: Milorad Majiç
Ehtiyat köməkçi hakim: Milovan Ristiç (hər ikisi Serbiya)
Hakim-inspektor: Pyerluici Kollina (İtaliya)
UEFA nümayəndəsi: Roland Ospelt (Lixtenşteyn)
Marsel. “Velodrom” stadionu
Qeyd edək ki, 1/4 finalın digər oyunları 1-3 iyulda keçiriləcək.
Gununsesi.info