Bu gün “Avro-2016”nın  1/8 final mərhələsinə start veriləcək

  • By admin
  • 25 İyun 2016 11:27

final

 

HTML tutorial

Bu gün futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinə start veriləcək.

Gununsesi.info-nun məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.

5 xalla “A” qrupunda ikinci olmuş İsveçrə 7 xalla “C” qrupunda eyni pilləni tutan Polşa ilə üz-üzə gələcək. 6 xalla “B” qrupunun lideri olmuş Uels Avropanın ən güclü 8 komandası sırasına daxil olmaq üçün 3 xalla “C” qrupunda üçüncü olmuş Şimali İrlandiya səddini keçməlidir. Günün son oyununda isə Xorvatiya və Portuqaliya yığmaları üz-üzə gələcək. Xorvatiya “D” qrupunu 7 xalla birinci, Portuqaliya isə “F” qrupunu 3 xalla 3-cü pillədə başa vurub.

İsveçrə – Polşa cütünün qalibi 1/4 finalda Xorvatiya və Portuqaliya komandalarının güclüsü ilə qarşılaşacaq. Uels – Şimali İrlandiya oyununu qələbə ilə başa vuran yığmanın rəqibi isə iyunun 26-da keçiriləcək Macarıstan – Belçika cütünün qalibi olacaq.

25 iyun, 1/8 final

17:00. İsveçrə – Polşa

Baş hakim: Mark Klattenburq

Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin

Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dürdüncü hakim: Tasos Sidiropulos

Ehtiyat köməkçi-hakim: Damianos Eftimiadis (hər ikisi Yunanıstan)

Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

UEFA nümayəndəsi: Nodar Axalkatsi (Gürcüstan)

Sent-Etyen. “Joffrua Gişar” stadionu

20:00. Uels – Şimali İrlandiya

Baş hakim: Martin Atkinson

Yan xətt hakimləri: Mixael Mullerkey, Stefan Çayld

Əlavə köməkçi-hakimlər: Mixael Oliver, Kreyq Pouson (hamısı İngiltərə)

Dördüncü hakim: Feliks Brıx

Ehtiyat köməkçi-hakim: Mark Borş (hər ikisi Almaniya)

Hakim-inspektor: Mark Batta (Fransa)

UEFA nümayəndəsi: Stin Dahrup (Danimarka)

Paris. “Park de France”

 23:00. Xorvatiya – Portuqaliya

Baş hakim: Karlos Velasko Karbalyo

Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes,

Əlavə köməkçi-hakimlər: Xesus Gil Manzano, Karlos del Serro Qrande (hamısı İspaniya)

Dördüncü hakim: Viktor Kassai

Ehtiyat köməkçi-hakim: Györgi Rinq (hər ikisi Macarıstan)

Hakim-inspektor: Devid Elleray (İngiltərə)

UEFA nümayəndəsi: Alan Mkray (Şotlandiya)

Lans. “Boller Delelis” stadionu

“Avro-2016”-nın 1/8 finalın digər görüşləri 26-27 iyun tarixlərində keçiriləcək.

 Gununsesi.info