
Avropa Parlamentinin bu gün keçirilən toplantısında üçüncü ölkələrdə insan hüquqları və korrupsiya mövzusunda dinləmə keçiriləcək. Gununsesi.info-nun xəbərinə görə, dinləmədə Sport for Human Rights Coalition (Insan hüquqları naminə Idman) koordinatoru Rebekka Vinsent çıxış edəcək. Qeyd edək ki, Rebeka Vincet Azərbaycan hökumətinin sərt tənqidçilərindən biri kimi tanınır. Onun bu sessiyada hökuməti tənqid edəcəyi də istisna deyil.
YAP-çı millət vəkili Məlahət İbrahimqızı isə Gununsesi.info-ya açıqlamasında Azərbaycan hökumətini gözləyən tənqidlərə toxunub: “Onsuz da illərdir ki, Avropa Parlamentinin Azərbaycana qarşı xoş olmayan münasibətinin şahidiyik. Bu toplantı da həmin münasibətin davamıdır. Ona görə də biz onlara əhəmiyyət verimirik”.