Bu gün Azərbaycan futbolu üçün önəmli gündür

  • By admin
  • 03 Mart 2020 10:11

Bu gün UEFA Millətlər Liqasının püşkatma mərasimi keçiriləcək. 

Gununsesi.org xəbər verir ki, tədbir Niderlandın Amsterdam şəhərində baş tutacaq.

Püşkatmadan sonra Azərbaycan yığması da öz rəqiblərini tanıyacaq.

Mərasim Bakı vaxtilə 21:00-da başlayacaq.

Səbətlər:  

A liqası: Portuqaliya (son qalib), Hollandiya, İngiltərə, İsveçrə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Xorvatiya, Polşa, Almaniya, İslandiya

B liqası: Rusiya, Avstriya, Uels, Çexiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

C liqası: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, Azərbaycan, Moldova, Qazaxlstan

D liqası: Cəbəllütarıq, Farer adaları, Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino

Reqlamentə əsasən, A liqasının qrup qalibləri final mərhələsində mübarizə aparmaq hüququ qazanacaqsa, sonuncuları B liqasına gedəcək.

B liqasında 1-ci yer sahibləri A liqasına yüksələcəksə, sonuncu 4 komanda C liqasına yuvarlanacaq.

Azərbaycan millisinin də çıxış edəcəyi C liqasında qrup birinciləri B liqasına yüksəlmək hüququ qazanacaq. Sonuncu yer tutan 4 yığma pley-offda D liqasına düşən 2 uğursuzu müəyyənləşdirəcək. Bu iki uğursuzu D liqasında qrup qalibi olanlar əvəzləyəcək.

UEFA Millətlər Liqası
2020-ci il
Qrup mərhələsinin püşkatması
3 mart, Amsterdam (Hollandiya)

I tur
3-5 sentyabr
II tur
6-8 sentyabr
III tur
8-10 oktyabr
IV tur
11-13 oktyabr
V tur
12-14 noyabr
VI tur
15-17 noyabr
2021-ci il
Final mərhələsi

Gununsesi.org