Bu gün Azərbaycan Premyer Liqasında daha 2 oyun keçiriləcək

  • By admin
  • 07 Avqust 2022 09:41

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında daha 2 oyun keçiriləcək.

Gununsesi.info xəbər verir ki, günün ilk matçı Şamaxıda eyniadlı komanda ilə ötən mövsümün gümüş medalçısı “Neftçi” arasında olacaq. Şamaxı şəhər stadionundakı qarşılaşmanı Kamal Umudlu idarə edəcək.

Komandalar indiyədək ölkə çempionatında 70 dəfə üz-üzə gəliblər. Bunların 16-da əyalət təmsilçisi, 39-da paytaxt klubu qalib gəlib. 15 görüş heç-heçə ilə yekunlaşıb. Bu matçlarda meydan sahibləri 68, qonaqlar isə 113 dəfə fərqlənib.

Son 7 matçda ən azı 3 qol vurulub. “Neftçi” 10 oyundur meydanı qolsuz tərk etmir.

Günün son oyununda “Sabah” klubu “Sumqayıt”ı qəbul edəcək. “Bank Respuklika Arena”dakı görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.

İki kollektiv bunadək Premyer Liqada 15 dəfə bir-birinə rəqib olub. Hərəyə 6 qələbənin qazanıldığı duellərdə 3 bərabərlik qeydə alınıb. Topların nisbətində paytaxt təmsilçisinin cüzi üstünlüyü var – 20:19.

Son 10 matçda iki və ya daha çox qol vurulub. “Sabah” son üç görüşdə uduzmayıb.

Azərbaycan Premyer Liqası

I tur

7 avqust (bazar)

17:00. “Şamaxı” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
VAR hakimi: Tural Qurbanov
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov
Hakim-inspektor: İmanxan Sultani
Şamaxı şəhər stadionu, 17:00

19:15. “Sabah” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
VAR hakimi: Əliyar Ağayev
VAR hakiminin köməkçisi: Cavid Cəlilov
Hakim-inspektor: Anar Salmanov
“Bank Respublika Arena”.

Qeyd edək ki, turun əvvəlki iki oyununda “Zirə” səfərdə “Kəpəz”i 2:1, “Qarabağ” isə evdə “Səbail”i 3:1 hesabı ilə məğlub edib. Tura avqustun 8-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Gununsesi.info