Bu gün Azərbaycan yığması Malta ilə qarşılaşacaq

  • By admin
  • 25 Mart 2022 09:06

Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək.

Gununsesi.info xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda səfərdə Malta yığması ilə üz-üzə gələcək.

Maltanın Ta Qali şəhərindəki Milli Stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bu, Azərbaycan yığmasının 2022-ci ildə ilk matçı olacaq. Meydan sahiblərindən Keyn Attard, Azərbaycan millisində isə Namik Ələskərov zədə səbəbindən oynamayacaq.

Qarşılaşma komandalar arasında 9-cu duel olacaq. Ümumilikdə 2 qələbə və 3 heç-heçəsi olan yığma 3 dəfə Maltaya məğlub olub. Topların nisbətində də rəqibin üstünlüyü var – 13:9.

25 mart

Yoldaşlıq oyunu

22:00. Malta – Azərbaycan.
Baş hakim: Alexandro Ernandes (İspaniya)
Malta. Ta Qali. Milli Stadion.

Qeyd edək ki, Azərbaycan yığması martın 29-da eyni arenada Latviya ilə qarşılaşacaq.

Gununsesi.info