Bu gün Bakıda 44.013 uşaq birinci sinfə gedib

  • By admin
  • 15 Sentyabr 2016 21:06

bilik-gunu

Təhsil nazirinin müvafiq əmrinə əsasən, bu il martın 1-dən 2016-2017-ci tədris ili üçün birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, 2016-2017-ci tədris ili üçün Bakı şəhəri üzrə birinci sinfə 48 minədək uşağın qəbul olunacağı gözlənilir.

Bugünkü məlumata əsasən, mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçirilən uşaqlardan 36.075-i Azərbaycan, 7.938-i rus bölmələrində təhsil alacaq. Birinci sinfə gedən şagirdlərdən 41.253-ü altı yaşı tamam olanlar, 2.760-ı isə altı yaşı tamam olmayanlardır.

Lisey və gimnaziyaların birinci siniflərinə isə 2.450 şagird gedəcək. Onlardan 2.115-i altı yaşı tamam olanlar, 335-i isə altı yaşı tamam olmayanlardır.

Hazırda birinci sinfə qəbul prosesi elektron qaydada davam edir. Proses sentyabrın 15-dək ümumtəhsil məktəblərində həyata keçirilib, gecikənlər üçün isə oktyabrın 15-dək BŞTİ-də aparılacaq.

 

Gununsesi.info