Bu gün Bakının və Abşeronun bu yerlərində su kəsiləcək

  • Müəllif: admin
  • 28 İyun 2018 09:14

Image result for su kəsiləcək

Gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən Gununsesi.info-ya verilən məlumata görə, məhdudiyyət Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.

 İstehlakçılardan əvvəlcədən su ehtiyatı toplamaları xahiş olunur.