“Ermənistanın bugünkü hərbi təxribatı Vaşinqtonda keçirilməsi planlaşdırılan sülh danışıqlarını pozmağa yönəlib. Bu gün Ermənistanın Laçın rayonu istiqamətində Azərbaycanın Silahlı Qüvvvələrinə qarşı törədtiyi hərbi təxribatın səbəblərindən biri də yaxın həftələrdə ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Vaşinqtonda keçirilməsi gözlənilən yüksək səviyyəli sülh danışıqlarının qarşısını almaq, sülh gündəliyini dəyişmək və indiyə kimi əldə olunan razılaşmanı pozmaqdan ibarətdir”.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Azay Quliyev deyib.
Onun sözlərinə görə, bu danışıqların baş tutmaması üçün Ermənistana qonşu ölkələrdən, xüsusilə, İrandan belə bir təxribata əl atılması ilə bağlı təlimatın verilməsi istisna olunmur:
“Azərbaycanın sülh danışıqlarına sadiq qaldığı haqqında cənab Prezidentin dünən Astanada verdiyi bəyanatdan bir gün sonra Ermənistanın belə bir silahlı toqquşmaya əl atması bu fikri daha da gücləndirir.
ABŞ-ın dövlət katibi Blinkenin və Avropa İttifaqı Şurasının prezidenti Mişelin Ermənistanın hazırda davam edən hərbi təxribatına və pozuculuq fəaliyyətinə adekvat qiymət verməsini gözləyirik”.
Elmar Elnuroğlu
Gununsesi.info