Bu gün Brüsseldə Aİ Şurası, Azərbaycan və Ermənistan liderlərinin görüşü olacaq

  • By admin
  • 14 Dekabr 2021 08:42

Bu gün  Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

Brüsselə ezam olunan Gununsesi.info-nun təsisçisi və baş redaktoru Pərviz Həşimli xəbər verir ki, görüş “Şərq Tərəfdaşlığı” proqramının dekabrın 15-də keçiriləcək sammiti ərəfəsində baş tutacaq.

HTML tutorial

Əvvəlcə Prezident İlham Əliyev və Şarl Mişel arasında ikitərəfli görüş olacaq.

Avropa İttifaqı Şurasının Prezidenti daha sonra Nikol Paşinyanla danışıqlar aparacaq.

Sonra isə liderlər arasında üçtərəfli görüş keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün dünən Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər edib.

Gununsesi.info