
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Brüsselə işgüzar səfərə gedib.
Gununsesi.info-nun məlumatına görə, səfər çərçivəsində bu gün Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçiriləcək.
Ətraflı
Görüş yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) planlaşdırılır.
Görüş zamanı Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması və region üçün digər mühüm məsələlər ilə bağlı fikir mübadiləsi aparılacaq.