
Büdcə zərfinin bu gün parlamentin daha beş komitəsinin iclaslarında müzakirəsi davam etdiriləcək.
Gununsesi.info xəbər verir ki, büdcə zərfinə daxil olan qanun layihələri bu dəfə Milli Məclisin daha 5 komitəsinin – Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasının müzakirəsinə çıxarılacaq.
Müzakirələrdə adıçəkilən komitənin sədrləri və üzvləri ilə yanaşı, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, maliyyə nazirinin müavini Azər Bayramov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və digər rəsmi şəxslər iştirak edəcəklər.
Komitələrin birgə iclasına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sədrlik edəcək.
Qeyd edək ki, komitələrdə büdcə müzakirələri noyabrın 13-də başa çatdırılacaq.
Mürtəza
Gununsesi.info