Bu gün büdcə müzakirələri yekunlaşacaq - Hələlik komitələrdə

  • By admin
  • 02 Dekabr 2016 11:04

milli-meclis

Milli Məclisdə (MM)  komitələrin birgə iclasında 2017-ci ilin büdcəsinin müzakirəsi davam edir.

Gununsesi.info xəbər verir ki, MM-in Hüquq siyasəti və dövlət ququrculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, İnsan  hüquqları, Regional məsələlər, İdman və gənclər komitələrinin birgə iclasında növbəti ilin dövlət büdcəsinin müzakirəsi davam etdirilir.

Qeyd edək ki, bu gün parlamentin komitələrinin birgə iclasında 2017-ci ilin dövlət büdcə zərfinin müzakirəsi yekunlaşacaq.

Növbəti həftə, dekabrın 6-7-8də isə parlamentin plenar iclaslarında büdcə müzakirəyə çıxarılacaq.

Mürtəza

Gununsesi.info