Bu gün də Füzuliyə köçürülənlər var

Bu gün də Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

 

Gununsesi.info xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

 

Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə – 138 nəfər köçürülüb.

 

Qeyd edək ki, indiyədək Füzuli şəhərində 666 ailənin, yəni 2 517 nəfərin daimi məskunlaşması təmin edilib.

 

Xatırladaq ki, martın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.