“Bu gün dünya Azərbaycandan nümunə götürür” - FƏTTAH HEYDƏROV

  • By admin
  • 19 Sentyabr 2017 12:34

fettah_heyderov

Bu gün Azərbaycan dünyanın nümunə götürüləcək dövləti qismində çıxış edir və özünü bu formada dünyaya təqdim edə bilib.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin regional məsələlər üzrə komitənin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında komitə sədrinin müavini, millət vəkili Fəttah Heydərov deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının sessiyasında iştirak edir və onun çıxışı gözlənilir.

Millət vəkili əlavə edib ki, bu gün dünyanın çox qarma-qarışıq dövründə yaşayırıq. “Dünya siyasi, iqtisadi, humanitar sahədə ciddi böhranlarla müşahidə olunur. Bu gün dünyada müharibələr, münaqişələr nəticəsində milyonlarla insan köçü yaranıb, dünya humanitar fəlakətlə üz-üzədir. Bu böhranlara baxmayaraq, Azərbaycan öz yolu ilə davam edir. Ölkə başçısı İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bu böhranlardan kənarda qalıb”- deyə, millət vəkili vurğulayıb.

F.Heydərov əlavə edib ki, biz İlham Əliyev kimi bir ölkə başçısının rəhbərlik ölkədə yaşayırıq: “Məhz onun uğurlu, müdrik siyasəti nəticəsində Azərbaycan dünyadakı böhranlardan kənarda qalıb. Ölkə başçısı İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan dünyanın nümunəvi bir dövləti qismində çıxış edir. Bu gün dünya Azərbaycandan nümunə götürür. Biz millət vəkilləri də ölkə başçısının bu siyasətinin uğurla həyata keçirilməsinə öz töhfəmizi verməliyik”.

Mürtəza

Gununsesi.info