Bu gün Dünya Media Azadlığı Günüdür - AZƏRBAYCANDA VƏZİYYƏT NECƏDİR?

  • By admin
  • 03 May 2019 09:39

 

Bu gün  Dünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur.

Gununsesi.org-un xəbərinə görə, dünya ölkələrində bu gün münasibətilə keçirilən tədbirlərdə söz və mətbuat azadlığının əsas prinsipləri, ifadə azadlığının inkişaf perspektivləri müzakirə edilir, mətbuatın müstəqilliyinin təmin olunması, senzuranın ləğvi, insan hüquq və azadlıqlarının müdafiəsində mətbuatın rolu və digər məsələlər araşdırılır.

Azad sözün şərəfinə elan olunmuş ümumdünya mətbuat azadlığı günü “soyuq müharibə” dövrünün başa çatması ilə yer kürəsinin vahid informasiya məkanına çevrilməsinin məntiqi nəticəsi kimi ortaya çıxmışdır.

XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildirmişlər. 1991-ci il mayın 3-də UNESCO bu məramı ifadə etmiş sənədi – Namibiyanın Vinduk şəhərində qəbul olunmuş Bəyannaməni dəstəkləmiş və həmin günü Dünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini BMT-yə göndərmişdir.

1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Dünya Mətbuat Azadlığı Günü elan olunmuşdur.

Dünya Mətbuat Azadlığı Günü ərəfəsində dünyanın nüfuzlu media qurumlarının hesabatları da yayılıb.

Həmin hesabatlarda Azərbaycanda medianın vəziyyətinin üərkaçan olmadığı əks olunub.

Belə ki, Azərbaycan dünya media azadlığı indeksində 163-cü yerdən 166-cı yerə irəlləyib.Buna səbəb kimi isə hakimiyyət qurumlarının məhkəmə qərarı olmadan informasiya portallarını bloklaması, jurnalistlərin təqibi göstərilir.

Gununsesi.org