Bu gün FHN-nin əməkdaşları 4 nəfəri xilas etdi

  • By admin
  • 18 Sentyabr 2016 19:49

download-7

 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

HTML tutorial

 

Gununsesi.info xəbər verir ki,dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar.

 

Əməliyyat saat 16:26-da başa çatıb.

 

***

 

Daha bir xilas etmə əməliyyatı Cəlilabad rayonunda baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və azyaşlını aidiyyatı üzrə təhvil veriblər.

 

Əməliyyat saat 11:31-də başa çatıb.

 

Gununsesi.info