Bu gün İlham Əliyevin namizədliyi rəsmən elan olunacaq - YAP-ın İdarə Heyəti toplanır

Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) prezidentliyə namizədini rəsmən elan edəcək.

Gununsesi.info  xəbər verir ki, bunun üçün YAP-ın İdarə Heyətinin iclası keçiriləcək.

Heydər Əliyev Mərkəzində keçiriləcək iclas saat 10:00-da başlayacaq.

Qeyd edək ki, növbədənkənar prezident seçkisi fevralın 7-ə təyin edilib.

 

 

Gununsesi.info