Bu gün İrəvanda hakimiyyət əleyhinə etiraz aksiyası keçiriləcək

  • By ilhame
  • 24 Sentyabr 2023 09:55

Bu gün yerli vaxtla saat 18:00-da Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın rəhblik etdiyi hakimiyyət əleyhinə etiraz aksiyası keçiriləcək.

Gununsesi.info bu barədə Ermənistanın yerli mətbuatına istinadən xəbər verir.

Məlumata görə, mitinq “Respublika” meydanında baş tutacaq. Qeyd edək ki, dünən İrəvanda etirazçılar xəbərdarlıq aksiyası keçirərək vətəndaşları onlara qoşulmağa çağırıblar.

Aksiyaçılar Ermənistan hakimiyyətinin istefasını tələb edirlər.

Xatırladaq ki, dünən İrəvanın mərkəzindəki parkda çadır şəhərciyi qurmaq istəyən beş nəfər saxlanılıb. Bundan əvvəl İrəvanda və ölkənin digər ən böyük şəhərlərində Ermənistan müxalifətinin baş nazirin istefası tələbi ilə mitinqlərinin keçirildiyi xəbər verilib.

Gununsesi.info