Bu gün İranda milli matəm günü elan edilib

  • By admin
  • 15 Yanvar 2018 08:40

Yanvarın 15-də İranın bütün ərazisində milli matəm günü elan olunub.

Gununsesi.info xəbər verir ki, İran hökuməti ölkəyə məxsus tankerin Çin sahillərində ticarət gəmisi ilə toqquşması nəticəsində 32 nəfərlik ekipajın həlak olması ilə əlaqədar 15 yanvar tarixini ölkədə matəm günü elan edib.

Qeyd edək ki, faciə yanvarın 6-da baş verib. Toqquşmadan sonra tankerdə yanğın və partlayış baş verib. Tankerin heyətindən sağ qalan olmayıb.

Gununsesi.info