Bu gün koronavirusdan sağalanların sayı yoluxanları keçdi, 45 nəfər öldü

  • By admin
  • 18 Dekabr 2020 19:43
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 962 yeni yoluxma faktı qeydə alınıb, 4 188 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, edib.
İndiyədək ölkədə ümumilikdə 195 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 131 252 nəfər müalicə olunaraq sağalıb, 2 133 nəfər vəfat edib, aktiv xəstə sayı 62 037 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 305 , bu günə qədər isə ümumilikdə 2 031 308 test icra olunub.