Bu gün məhkəmə Trampla bağlı qərar verəcək

  • By admin
  • 26 Yanvar 2024 09:24

ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəkili ilə birlikdə gəldiyi məhkəmənin iclasında şahid kimi ifadə verib.

Gununsesi.info xəbər verir ki, Vəkili Alina Habba Trampı son şahid kimi şahid kürsüsünə çağırdıqdan sonra Tramp “Mən bu qadınla heç vaxt tanış olmamışam, bu qadını tanımıram” deməyə başlayıb və hakim Lyuis Kaplan tərəfindən xəbərdarlıq edilib.

Kaplan Trampdan məhkəmə prosesini pozmamasını istəyib və əvvəlki məhkəmə prosesində münsiflər heyətinin qərarı ilə ziddiyyət təşkil edən çıxışında və ittihamlarında siyasi məzmun daşımaması lazım olduğunu xatırladıb.

Vəkili Habbanın sualları zamanı Kerrolu “yalançılıq”da ittiham edən Tramp “Mən sadəcə özümü, ailəmi və açığı prezidentliyi müdafiə etmək istədim” deyib.

Təxminən 3 dəqiqə ifadə verdikdən sonra məhkəmə zalını tərk edən Trampın bayırda başını yelləyərək “Bura Amerika deyil, bura Amerika deyil” dediyi eşidilib.

Hakim Kaplan iclası yekunlaşdıraraq bu gün səhər yekun qərarın veriləcəyini bildirib.

80 yaşlı yazar E. Jean Kerrol Trampın 1996-cı ilin yazında Nyu-Yorkdakı “Bergdorf Goodman” mağazasının soyunub-geyinmə otağında ona təcavüz etdiyini bildirsə də, Tramp bu iddiaları rədd edib.

Trump 2023-cü ilin mayında iki həftəlik dinləmələrdən sonra Kerolun açdığı “zorlama və təhqir” işində münsiflər heyəti tərəfindən təqsirkar bilinib.

Münsiflər heyəti bildirib ki, Tramp Kerrola ümumilikdə 5 milyon dollar təzminat, cinsi qısnamaya görə 2 milyon dollar və böhtana görə 3 milyon dollar ödəməlidir.

İlk qanuni qələbədən sonra Kerrol Trampa qarşı qazandığı 5 milyon dollar təzminatdan əlavə 10 milyon dollarlıq ikinci “zərər təzminatı” iddiası qaldırıb və 6 sentyabr 2023-cü ildə hakim bu işdə yenidən Trampı məsul hesab edib.

Yanvarın 26-da Nyu-Yorkda başlayan “zərərin təzminatı” işində bu dəfə 9 nəfərlik münsiflər heyəti yalnız Trampın ödəyəcəyi təzminat məbləğinə qərar verəcək.

Gununsesi.info