Bu gün məktəblilərin payız tətili başa çatır – SON GÜNDÜR

  • By admin
  • 20 Noyabr 2019 10:44
Bu gün Azərbaycanın orta məktəblərində payız tətili başa çatır.
Gununsesi.org xəbər verir ki, 2019-2020-ci tədris ilinin 5 günlük tətili 16-20 noyabr tarixlərini əhatə edib.
Sabahdan, noyabrın 21-də dərslər başlayacaq.
Qeyd edək ki, tədris ilinin 5 günlük qış tətili 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr – 26 yanvar, ikinci yarımili 1 fevral – 14 iyunu əhatə edir.