Bu gün “Media futbol festivalı” keçiriləcək

  • By admin
  • 14 İyul 2017 11:20

affa

İyulun 14-də 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar AFFA-nın təşkilatçılığı ilə idman mediasının nümayəndələri üçün tədbir təşkil olunacaq.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, “Dalğa Arena”nın əsas meydanında KİV nümayəndələrinin və AFFA əməkdaşlarının iştirakı ilə mini-turnir keçiriləcək.

4 komandanın mübarizə aparacağı turnir yarımfinal qarşılaşmalarından və final oyunundan ibarət olacaq. Oyunları idarə edəcək hakimlər media nümayəndələri arasından müəyyənləşdiriləcək.

KİV təmsilçilərini AFFA-dan “Dalğa Arena”ya və əks istiqamətdə aparıb-gətirmək üçün avtobus təşkil olunacaq.

Qalib komandaya AFFA-nın hədiyyələri təqdim olunacaq.

Anar

Gununsesi.info