“Qarabağ” və “Kopenhagen” oyunu ilə əlaqədar Bakı metrosunda xüsusi qrafik tətbiq ediləcək.
Gununsesi.info xəbər bu barədə Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev mətbuata məlumat verib.
O bildirib ki, hazırda Bakı metrosunda yay qrafiki tətbiq edilir. Bu gün baş tutacaq “Qarabağ” və “Kopenhagen” oyunundan sonra sərnişin sıxlığının qarşısını almaq üçün qatarlar arasında hərəkət intervalı azaldılacaq. Bundan əlavə, sərnişinlərin təhlükəsiz şəkildə stansiyaya daxil olmaları tənzimlənəcək.
Həmçinin N.Paşayevin sözlərinə görə, qatarların platformada dayanma vaxtı da artırılacaq ki, sərnişinlər rahat şəkildə vaqonlara minə bilsin. “Bakı Metropoliteni” QSC-nin Hərəkət Xidməti rəisi sərnişinlərin metro stansiyaya qəbulu və yola salınmasına şəxsən nəzarət edəcək.
Qeyd edək ki, futbol üzrə UEFA Çempionlar Liqasının play-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda təmsilçimiz “Qarabağ” Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək.
Gununsesi.info