Bu gün Milli Məclis toplanır

  • By admin
  • 02 Oktyabr 2017 10:36
axar.az1394439080milli-meclis
Bu gün Milli Məclisin 2017-ci li payız sessiyasının ilk plenar iclası olacaqPayız sessiyasının iclasına 34 məsələ daxil edilib.
Gununsesi.info xəbər verir ki, parlamentarilər Milli Məclisinin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planını, Xəqani Sərxan oğlu Abdullayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi, bir sıra ölkələrlə ikitərfli sazişin ratifikasiya  edilməsi məsələsini müzakirə edəcəklər.
Parlamentarilər eyni zamanda “GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında gömrük prosedurlarının müəyyən nəticələrinin qarşılıqlı tanınması barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında” Protokolun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsini,”Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Dövlətlərarası Aviasiya Komitəsi arasında aviasiya hadisələrinin araşdırılması və qarşısının alınması sahəsində qarşılıqlı fəaliyyət haqqında” Sazişin təsdiq edilməsini, “Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini, “Hərbi vəzifə və hərbi xidmət haqqında” dəyişiklikləri, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklikləri, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” , “Meliorasiya və irriqasiya haqqında” , “Polis haqqında” dəyişiklikləri, “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsini,  “Azərbaycan Mərkəzi Bankı haqqında” , “İnvestisiya fondları haqqında” , “Daşınmaz əmlakın dövlət reyestri haqqında”,  “İpoteka haqqında”,  “Yol hərəkəti haqqında” və digər qanunlara dəyişikləri müzakirə edəcəklər.
Mürtəza
Gununsesi.info