
Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar olaraq Milli Məclisin xüsusi iclası öz işinə başlayıb. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə bu il azərbaycanlıların soyqırıma məruz qalmasının 100 illiyinin qeyd olunması ilə bağlı sərəncam qəbul edilib. 100 illik yubley ölkə miqyasında geniş miqyasda keçirlir.
Gununsesi.info xəbər verir ki, Spiker soyqırıma məruz qalnaların xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
O. Əsədov bildirib ki, Rus imperiyası öz ərazisini genişləndirmək məqəsdi ilə Cənubi Qafqaz ərazilərini işğal etdikdən sonra, bu bölgədə öz mövqelərini möhkəmləndirmək üçün dünyanın müxtəlif ölkələrindən Azərbaycan torpaqlarına ermənilər köçürülüb. O əlavə edib ki, bu proses 3 mərhələdə həyata keçirilib. Azərbaycan torpaqlarında yerləşən ermənilər daha sonra bu torpaqlarda Ermənistan dövləti yaratamaq məqsədi ilə azərbaycanlılara qarşı soyqırım siyasətini həyata keçirməyə başlayıb.
Parlamentdə deputatlar da ermənilərin azərbaycanlılara qarşı soyqırımı müzakirə etdi. Onlareyni zamanda azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını müzakirə edəcəklər.
Mürtəza
Gununsesi.info