“Bu gün Moskvada iki sənəd imzalana bilər”

Xəbər verdiyimiz kimi, bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.

Gununsesi.info-nun məlumatına görə, “Kommersant” görüş zamanı iki sənədin imzalana biləcəyini ehtimal edir.

HTML tutorial

Məlumata görə, sözügedən sənədlərin razılaşdırılması mayın 24-ü bütün gün ərzində davam etdirilib: “Nəqliyyat kommunikasiyaları barədə olan sənədlərdən birini baş nazirlərin müavinləri, digərini isə 3 ölkənin Xarici İşlər Nazirlikləri hazırlayıb. İkinci sənədin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin sayca beşinci birgə bəyanatı olduğu güman edilir”.

 

 

 

Gununsesi.info