Bu gün Nüvə Sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günüdür

  • By admin
  • 29 Avqust 2017 10:12

14408390655890434525_1000x669
Bu gün, yəni avqustun 29-da Nüvə Sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günü kimi qeyd edilməsi BMT Baş Məclisinin 2009-cu il dekabrın 2-də keçirilən 64-cü sessiyasında qərara alınıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, nüvə silahlarından biri bütün şəhəri məhv edib milyonlarla insanı öldürə, uzun müddət təbii mühitə öz mənfi təsirlərini göstərə və gələcək nəsillərin həyatına təhlükə yarada bilər.

Belə ki, təhlükəsiz dünya yaradılması üçün nüvə sınaqlarının dayandırılması məsələsində BMT-nin, dünya dövlətlərinin, hökumətlərarası və qeyri-hökumət təşkilatlarının səylərinin fəallaşdırılması zəruridir.

Qeyd edək ki, Nüvə Sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günü ilk dəfə 2010-cu ildə keçirilib. Hər il ayrı-ayrı ölkələrdə bu günlə bağlı müxtəlif tədbirlər keçirilir.

Anar

Gununsesi.info