Bu gün ölkədə 1 dəqiqəlik sükut olacaq

  • By admin
  • 26 Fevral 2022 11:58

Bu gün Azərbaycanda Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Bu barədə Gununsesi.info-ya Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

A. Əsgərli bildirib ki, bu gün saat 17:00-da avtomobil yollarında hərəkət dayandırılacaq.

Gununsesi.info