Bu gün Qafanda İranın konsulluğu açılacaq

  • By admin
  • 21 Oktyabr 2022 09:20

Bu gün, yəni oktyabrın 21-də Ermənistanın Qafan şəhərində İran konsulluğunun rəsmi açılış mərasimi olacaq.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə işğalçı ölkənin xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

Ararat Mirzoyan İranın Qafanda konsulluq açmasını sinvolik hadisə adlandırıb:

“Bizim xalqların qardaşlığı minilliklərə dayanır. İranın Ermənistanla bağlı mövqeyi hər zaman son dərəcə aydın ifadə olunub. Bu münasibətlər ümumi dövlət maraqlarımızın dərindən dərkinə hesablanıb. Biz bu münasibətləri keyfiyyətçə yeni mərhələyə daşımaq haqqında düşünürük”.

Gununsesi.info