Bu gün “Qarabağ” ilk oyununu keçirəcək

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.

Gununsesi.info-nun xəbərinə görə, komandamız Almaniyada “Frayburq”u sınağa çəkəcək.

HTML tutorial

“Europa-Park” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edəcək. “Köhlən atlar”ın heyətində zədəli Kevin Medina, meydan sahiblərində isə Roland Şallai eyni səbəbdən görüşü buraxacaq.

Beləliklə, Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayacaq.

G qrupunun digər oyununda “Nant” Fransada Yunanıstan “Olimpiakos”unu qəbul edəcək.

UEFA Avropa Liqası
G qrupu

23:00. “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya)
Baş hakim: Erik Lambrexts (Belçika)
Frayburq. “Europa-Park” stadionu

Gununsesi.info