Bu gün “Qarabağ” “Kəpəz”lə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək.

Gununsesi.info xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.

HTML tutorial

Son ölkə çempionu “Qarabağ” Qəbələdə “Kəpəz”in qonağı olacaq. Rəqiblərindən bir oyun az keçirən “köhlən atlar” hazırda 9 xalla 2-ci pillədə qərarlaşıb. 4 matçın hamısında məğlub olan Gəncə təmsilçisi sonuncu – 10-cu yerdədir.

Bölgə komandaları indiyədək ölkə çempionatlarında 49 dəfə üz-üzə gəlib. Bunların 26-da Ağdam klubu, 14-də meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də “Qarabağ”ın aşkar üstünlüyü var – 67:54.

“Köhlən atlar” Premyer Liqadakı son 7 görüşün hamısında meydanı 3 xalla tərk edib. “Kəpəz” isə son 4 qarşılaşmada rəqibinə qol vura bilməyib.

Azərbaycan Premyer Liqası

V tur

1 sentyabr

19:00 “Kəpəz” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Fərid Hacıyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ömər Paşayev
Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun “Şamaxı” – “Turan Tovuz” və “Neftçi” – “Sumqayıt” oyunları sentyabrın 3-də, “Sabah” – “Səbail” və “Zirə” – “Qəbələ” qarşılaşmaları sentyabrın 4-də baş tutacaq.

Gununsesi.info