
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinə yekun vurulub.
Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, “Qəbələ” klubu evdə “Lill”lə qarşılaşıb. Minimal hesabla qalib gələn Roman Qriqorçukun yetirmələri Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıblar.
Bu matçla yanaşı, daha 26 oyunda aşağıdakı nəticələr qeydə alınıb:
“Midtyulland” (Danimarka) – “Videoton” (Macarıstan) – 1:1 ə/v (ilk oyun 1:0)
HİK (Finlandiya) – “Höteborq” (İsveç) – 0:2 (2:1)
“Nomme Kalyu” (Estoniya) – “Osmanlıspor” (Türkiyə) – 0:2 (0:1)
“Krasnodar” (Rusiya) – “Birkirkara” (Malta) – 3:1 (3:0)
“Spartak” (Moskva, Rusiya) – AEK (Kipr) – 0:1 (1:1)
“Spartak” (Trnava, Slovakiya) – “Austria” (Avstriya) – 0:1 pen-4:5 (1:0)
AİK (İsveç) – “Panatinaikos” (Yunanıstan) – 0:2 (0:1)
“Apollon” (Kipr) – “Qrasshoppers” (İsveçrə) – 3:3 ə/v (1:2)
“Beytar” (İsrail) – “Yelqava” (Latviya) – 3:0 (1:1)
“Arouka” (Portuqaliya) – “Herakles” (Hollandiya) – 0:0 (1:1)
“Qəbələ” (Azərbaycan) – “Lill” (Fransa) – 1:0 (1:1)
“Mlada Boleslav” (Çexiya) – “Şkendiya” (Makedoniya) – 1:0 (0:2)
“Yannina” (Yunanıstan) – “Alkmaar” (Hollandiya) – 1:2 (0:1)
“Vorskla” (Ukrayna) – “Lokomotiv” (Xorvatiya) – 2:3 (0:0)
“Sonderyske” (Danimarka) – “Zaqlebiye” (Polşa) – 1:1 (2:1)
“Dinamo” (Minsk, Belarus) – “Voyvodina” (Serbiya) – 0:2 (1:1)
AEK (İsveç) – “Sent-Etyen” (Fransa) – 0:1 (0:0)
“Brondbü” (Danimarka) – “Herta” (Almaniya) – 3:1 (0:1)
“Riyeka” (Xorvatiya) – “Başakşəhər” (Türkiyə) – 2:2 (0:0)
“Maribor” (Sloveniya) – “Aberdin” (Şotlandiya) – 1:0 (1:1)
“Vitorul” (Rumıniya) – “Gent” (Belçika) – 0:0 (0:5)
“Hayduk” (Split, Xorvatiya) – “Aleksandriya” (Ukrayna) – 3:1 (3:0)
“Sassuolo” (İtaliya) – “Lutsern” (İsveçrə) – 3:0 (1:1)
“Kork Siti” (İrlandiya) – “Genk” (Belçika) – 1:2 (0:1)
“Vest Hem” (İngiltərə) – “Domjale” (Sloveniya) – 3:0 (1:2)
“Rio Ave” (Portuqaliya) – “Slaviya” (Çexiya) – 1:1 (0:0)
“Rapid” (Avstriya) – “Torpedo” (Belarus) – 3:0 (0:0).
Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərindəki tədbirdə 44 klub 22 cütlük təşkil edəcək.
Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə Azərbaycan təmsilçiləri “Qarabağ” və “Qəbələ”nin də rəqibləri müəyyənləşəcək. Püşkatmadan öncə bu mərhələdə təmsil olunan 44 komanda əmsallarına görə səbətlərə bölünüb.
“Qarabağ” mərhələnin 22-ci komandası kimi səpələnmişlər arasında sonuncu olub. “Qəbələ” isə səpələnməmişlər səbətində qərarlaşıb.
Qeyd edək ki, pley-offun oyunları avqustun 18-də və 25-də keçiriləcək.
Gununsesi.info