Bu gün Monakoda UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq.
Gununsesi.org xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Ölkəmizin Avroliqada yeganə təmsilçisi “Qarabağ” püşkatma zamanı 3-cü səbətdə yer alacaq. 48 komanda 12 qrup üzrə bölünəcək.
1-ci səbət: “Sevilya” (İspaniya), “Arsenal” (İngiltərə), “Portu” (Portuqaliya), “Roma” (İtaliya), “Mançester Yunayted” (İngiltərə), “Dinamo” (Kiyev, Ukrayna), “Beşiktaş” (Türkiyə), “Bazel” (İsveçrə), “Sportinq” (Portuqaliya), MOİK (Moskva, Rusiya), “Volfsburq” (Almaniya), “Latsio” (İtaliya)
2-ci səbət: PSV (Hollandiya), “Krasnodar” (Rusiya), “Seltik” (Şotlandiya), “Kopenhagen” (Danimarka), “Braqa” (Portuqaliya), “Gent” (Belçika), “Borussiya” (Mönxenqladbax, Almaniya), “Yanq Boyz” (İsveçrə), “Astana” (Qazaxıstan), “Lüdoqorets” (Bolqarıstan), APOEL (Kipr), “Ayntraxt” (Frankfurt, Almaniya)
3-cü səbət: “Sent-Etyen” (Fransa), “Qarabağ” (AZƏRBAYCAN), “Feyenoord” (Hollandiya), “Xetafe” (İspaniya), “Espanyol” (İspaniya), “Malmö” (İsveç), “Partizan” (Serbiya), “Standard” (Lyej, Belçika), “Vulverhempton” (İngiltərə), “Renn” (Fransa), “Rusenborq” (Norveç), “İstanbul Başakşehir” (Türkiyə)
4-cü səbət: AZ (Alkmaar, Hollandiya), “Vitoriya” (Gimaraynş, Portuqaliya), “Trabzonspor” (Türkiyə), “Aleksandriya” (Ukrayna), “Düdelanj” (Lüksemburq), LASK (Avstriya), “Volfsberq” (Avstriya), “Slovan” (Bratislava, Slovakiya), “Luqano” (İsveçrə), “Reyncers” (Şotlandiya), ÇFR (Kluj, Rumıniya), “Ferentsvaroş” (Macarıstan)
Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək
Gununsesi.org