Bu gün Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək

  • By admin
  • 09 Dekabr 2021 11:32

Bu gün Gürcüstanda Tbilisi Şəhər Məhkəməsində keçmiş Prezident Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçiriləcək.

Gununsesi.info “Interpressnews”a istinadən xəbər verir ki, məhkəmə prosesi gürcü siyasətçinin oktyabrın 1-i  ölkə sərhədini qanunsuz keçməsi ilə bağlıdır.

HTML tutorial

Proses Bakı vaxtı ilə 12:00-da başlayacaq.

M.Saakaşvili dünən yaydığı məktubda böyük ehtimalla prosesdə iştirak etməyəcəyini bildirib. Siyasətçi buna səbəb kimi fiziki olaraq zəif olduğunu göstərib.

Qeyd edək ki, məsələ ilə bağlı ilk iclas noyabrın 16-da keçirilib və Saakaşvili prosesdə iştirak etməyib.

Gununsesi.info