Bu gün Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək

  • By admin
  • 17 Yanvar 2023 10:52

Bu gün Tbilisi şəhər məhkəməsində Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı növbəti məhkəmə prosesi keçiriləcək.

Gununsesi.info “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, proses 11:00-da başlayacaq.

Saakaşvilinin prosesə müalicə aldığı klinikadan onlayn qaydada qoşulub-qoşula bilməyəcəyinə həkimlər qərar verəcək.

Gununsesi.info