Bu gün toyu olacaq gənc qəzada öldü - ASTARADA FACİƏ (FOTOLAR)

  • Müəllif: admin
  • 17 Dekabr 2016 10:07

unnamed-1

Astarada baş verən yol qəzasında  1 nəfər ölüb, 2  nəfər ağır xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hadisə ötən gecə Astara şəhəri ərazisində qeydə alınıb. Şəhər sakini, 1989-cu il təvəllüdlü  Samir Nizami oğlu Məmmədzadənin idarə etdiyi minik avtomobili onun əmisi oğlu Astara şəhər sakini, 1994-cü il təvəllüdlü  Nicat Füzuli oğlu Məmmədzadənin idarə etdi “VAZ-2107” minik avtomobili ilə toqquşub.

Nəticədə “VAZ-2107”-nin sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib, onun yanındakı sərnişin, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Emil Elşad oğlu Həsənov və “BMW”-nin sürücüsü isə ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanası xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı ölən “VAZ-2107” sürücüsü Nicat Məmmədzadənin bu gün toyu olacaqdı.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalara  başlanılıb.unnamed-2 unnamed-3 unnamed

Gununsesi.info