Bu gün Xədicə İsmayıl ifadə verəcək - ƏFQAN MUXTARLIYLA BAĞLI

  • Müəllif: admin
  • 19 İyun 2017 13:03

xedice ve efqan

İyunun 19-da saat  15:00-da Xədicə İsmayıl  Əfqan Muxtarlıyla bağlı  Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda o, sosial şəbəkədəki səhifəsində yazıb: “Əfqanın işini aparan müstəntiq məni də dindirmək istəyir. Saat 3-də ordayam”.

Qeyd edək ki, bundan əvvəl  jurnalist Sevinc Vaqifqızı da iyunun 14-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılmışdı. İdarədən çıxanda onun vəkili Şəhla Hümbətova jurnalistin Əfqan Muxtarlı barəsində açılan cinayət işi ilə bağlı dindirildiyini söyləmişdi.

Xatırladaqki, ƏfqanMuxtarlı mayın 29-u saxlanıb. O, Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Gülnaz Qənbərli

Gununsesi.info