

Mərkəzi Seçki Komissiyası (MSK) Zahid Orucun namizədliyinin qeydə alınması məsələsinə baxacaq.
Gununsesi. info xəbər verir ki, bu gün MSK-nın növbəti iclası keçiriləcək. İclasda növbədənkəanr prezident seçkilərin hazırlıq işləri ilə yanaşı, prezidentliyə namizədliyini irəli sürən çəxslərin rəsmi qeydə alınmaı məsələsini də müzakirə edəcək.
11 aprel 2018-ci ildə Azərbaycanda keçirləcək növbədənkənar prezident seçkilərində namizədliyini müstəqil qaydada irəli sürmüş Zahid Oruc namizədliyinin qeydə alınması üçün topladığı imza vərələqrini martın 1-də MSK-ya təqdim edib. Z. Orucun prezidentliyə namizədliyinn rəsmi qeydə alınması üçün 67 Dairə seki Komissiyasının ərazisindən 44624 imza toplanıb,digər sənədlər, yəni, gəlir və əmlak deklarasiyası ilə birgə MSK-ya təqdim olunub. MSK seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq imza vərələqrini 5 gün müddətində baxıb, namizədin qeydə alınıb-alınmaması ilə bağlı qərar verməlidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq artıq 5 günlük müddət bitib. MSK-nın bu gün keçirilən iclasında məsələ müzakirə olunaraq müvafiq qərar veriləcək.
Mürtəza
Gununsesi.info