Bu gündə külək olacaq? - AÇIQLAMA

  • By admin
  • 31 Mart 2018 09:40
Dünəndən etibarən əsasən Bakı və Abşeron yarmadasında müşahidə edilən güclü külək bu gün gündüz saatlarından mülayimləşəcək. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Qeyd edək ki, ötən gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsib, küləyin sürəti 18-23, arabir 25-30 m/s olub, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənib.
Gununsesi.info