Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Viza blankının doldurulması Qaydası”nın, “Viza almaq üçün ərizə-anket”in nümunəsinin və “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin nümunəsinin təsdiq edilməsi haqqında” qərarına etdiyi dəyişikliklər bu gündən qüvvəyə minir.
Gununsesi.info Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, əcnəbilərin Azərbaycan Respublikasının ərazisində Xarici İşlər Nazirliyindən viza almaq proseduru müəyyənləşdirilib və ölkə ərazisində viza almaq üçün ərizə-anketin nümunəsi təsdiq edilib.