Bu gündən Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır

  • By admin
  • 04 İyul 2018 17:48

Bu gündən Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır.

Gununsesi.info Trend-ə istinadən bildirir ki, sərnişin axınının artması ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə əlavə Bakıdan saat 17-00 və 21-40-da, Sumqayıtdan isə saat 17-50-də və 20-30-da yola düşən elektrik qatarları təyin edilir.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından əldə edə bilərsiniz.