Bu gündən Əfv Komissiyasının iclasları başlayır

  • By Günel
  • 12 Fevral 2025 08:51

Bu gündən Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başlayır.

Gununsesi.info xəbər verir ki, toplantıda daxil olan müraciətlərə baxılacaq.

Növbəti əfv sərəncamı imzalana qədər komissiyanın iclasları mütəmadi keçiriləcək. Lakin sərəncamın nə zaman imzalanacağı məlum deyil. Bu məsələ Azərbaycan Prezidentinin səlahiyyətinə daxildir.

Gununsesi.info