Bu günün valyuta məzənnəsi açıqlandı

  • By admin
  • 10 Yanvar 2017 09:20

merkezi bank

 

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Gununsesi.info-ya  verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 9-u ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,79% möhkəmlənərək 1,8824 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,67% ucuzlaşaraq 0,0296 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 1,79% zəifləyərək 0,4776 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1553 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,68%-lik azalma baş verib.

Gürcüstan larisinin məzənnəsi də 0,17% möhkəmlənərək 0,6469 manat olub.

Gununsesi.info