HƏMAS-ın Qəzza zolağında saxladığı girovların qaytarılmasının birinci mərhələsi başa çatıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
“Biz ilk girovlarımızın qaytarılması mərhələsini başa çatdırdıq”, – Netanyahu qeyd edib.
Siyasətçi əmin edib ki, İsrail hazırda Fələstin anklavından girovluqda olan bütün vətəndaşlarını qaytaracaq:
“Bu, hərbi əməliyyatın məqsədlərindən biridir, biz bütün məqsədlərə nail olmağa çalışırıq”.
Gununsesi.info