Bu, hər iki dövlətə böyük hörmət qazandırır – Mollazadə

  • By admin
  • 14 May 2022 13:13

Bu gün dənizin üzərində inşa edilən nəhəng layihənin – Rize-Artvin Hava Limanının iki qardaş ölkə rəhbərləri  Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı gözlənilir. Ekspertlər hesab edirlər ki, Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədədir. Eyni zamanda bu tədbirdə Azərbaycan Prezidentinin iştirakı iki ölkə arasındakı əlaqələrin ardıcıl inkişaf etdiyini nümayiş etdirir.

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının lideri Asim Mollazadə Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə dünya üçün çox maraqlı sistem formalaşdırıb:

“İki dövlətin müttəfiqliyi, qardaşlığı yeni sıx və çoxşaxəli əlaqələri özündə birləşdirir. Ankara və Bakının ortaq maraqları və strategiyası, birgə baxışı öz-özlüyündə çox maraqlıdır. Eyni zamanda, dünya üçün də maraqlı simvolik  bir nümunədir.  Təbii ki, belə bir birliyin yaradılmasında iki ölkə liderlərinin qarşılıqlı inamı və şəxsi münasibətləri çox müsbət rol oynayır. Prosesin özünə çox müsbət təsir göstərib. Əminəm ki, bizim birgə işlərimiz hələ qarşıdadır. Türkiyə ilə Azərbaycan arasındakı ortaq strategiya sülh və tərəfdaşlıq bölgələrini yaratmaq istəyimiz hər iki dövlətə böyük hörmət qazandırır”.

Gununsesi.info